Sorğu göndər

HAQQIMIZDA

PaySis şirkəti EPUL.AZ online ödəniş platformasının fəaliyyətinin icrasını təşkil edən şirkətdir. EPUL layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir. İstənilən İnternet istifadəçisi EPUL sistemində qeydiyatdan sonra sürətli online ödənişlər etmək imkanına malik olur.

Xidmətlər

Ödəniş həlləri

Pul köçürmələrinin xidməti, mobil tətbiqlərdən ödənişlərin həyata keçirilməsi, saytlarda ödəniş vitrinlərinin hazırlanması, mobil şəbəkə portalları üçün elektron ödəniş terminallarının qurulması

Mobil kommersiya

Müştərilərinizin rahatlığı üçün məhsul və xidmətlərin satışının icrası üçün mobil tətbiqlərdən bank kartları və elektron cüzdanlar vasitəsilə ödənişlərin yerinə yetirilməsi

Elektron kommersiya

Online satış saytları üçün elektron ödəniş funksionallığının hazırlanması, ödənişlərin bank hesabınıza bağlanması üçün xüsusi sistem

 

Risklərin idarəolunması

“Paysis” MMC-nin strateji planına və biznes modelinə uyğun olaraq, öz risk profilini müəyyən etməklə, məruz qala biləcək risklərin təsbit edilməsi, ölçülməsi, minimallaşdırılması və idarə olunması istiqamətində adekvat tədbirlər həyata keçirir. Sistemdə risklərin idarə edilməsi prosesi Mərkəzi Bankın “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ına, sistemin “Risklərin idarə edilməsi üzrə daxili Qaydaları”na, Banklara nəzarət üzrə Bazel Komitəsinin müvafiq prinsiplərinə, habelə risklərin idarə edilməsi üzrə digər beynəlxalq standartların tələbləri əsasında təşkil olunmuşdur. Risklərin idarə edilməsi prosesi sistemin fəaliyyətinin xüsusiyyətinə, əməliyyatların həcminə və mürəkkəbliyinə uyğun risklərin idarə edilməsi və daxili nəzarət sisteminin qurulmasına, idarəetmə mexanizminin effektiv işləyişinin təmin edilməsinə istiqamətlənmişdir.

“Paysis” MMC-nin risklərin idarə edilməsi istiqamətində müəyyən etdiyi əsas risk faktorları üzrə sistemin tərəfindən həyata keçirilən kompleks tədbirləri, o cümlədən risklərin idarə edilməsi işinin təşkilini özündə ehtiva edən “Risklərin idarə edilməsi Siyasəti”ni hazırlamışdır. Sistemin əsas risk faktorlarının idarə edilməsini nəzərdə tutan metod və üsulları isə “Risklərin idarə edilməsi üzrə daxili Qaydaları”nda ətraflı şəkildə göstərilmişdir.

Risklərin idarə edilməsi üzrə sistemin struktur bölməsi risklərin müəyyən olunması, qiymətləndirilməsi prosesində müxtəlif ölçmə metodlarından istifadə edərək, təsbit olunan risklərin idarə edilməsi, ötürülməsi və qəbul edilməsi yönündə müvafiq olaraq təkliflər hazırlayır. Sistemin maliyyə risklərinə dayanıqlığının daim sabit saxlanılması məqsədilə bölmə tərəfindən müxtəlif biznes ssenarilər nəzərə alınmaqla, stress-testlər həyata keçirilir. 

Aparılan stress-test nəticələri barədə sistemin rəhbərliyi məlumatlandırılır və aşkar olunan boşluqların aradan qaldırılmasını nəzərdə tutan tədbirlər planı hazırlanaraq müvafiq qərarların qəbul edilməsi üçün Risklərin İdarə Edilməsi Komitəsinə təqdim olunur. Sistemin biznes bölmələrinin fəaliyyəti nəticəsində yaranma ehtimalı olan müxtəlif risklərin aradan qaldırılması məqsədilə sistemin “Fövqaladə Hallar Planı” hazırlanmışdır.

“Paysis” MMC, sistemin fəaliyyətində maliyyə sabitliyinin qorunması, risklərin idarə edilməsi və şəffaflığının təmin edilməsi məqsədilə effektiv daxili nəzarət sistemini təmin edən idarə etmənin qurulmasını əsas tutmuşdur.
 

Tərəfdaşlar

Əgər Siz də tərəfdaşlıq etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın

PaySis MMC

Müəllif hüquqları qorunur. © 2018

 

[email protected]
A.M.Cuma küç. 60, Nərimanov Biznes Şəhərciyi
AZ1075, Bakı/Azərbaycan 

 

+994 12 449 5555